Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Çjençjou, Çuntsin, Xefey və Heze kimi şəhərlərdə kommersiya reklamları üçün nəzərdə tutulan ən diqqətçəkən məkanlar alimlərə həsr olunub. Onların arasında Çinin raket və kosmik proqramlarının əsas simalarından olan Tsyan Syuesen, nüvə silahı proqramında mühüm rol oynamış Den Szyasyan, 2015-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Tu Yu və hibrid düyü sortlarının hazırlanması ilə tanınan Yuan Lunpin var.
Bu təşəbbüs avqust ayında Şandun əyalətində başlayıb, daha sonra Anhuy, Daxili Monqolustan, Xenan və Tszyansi də daxil olmaqla digər bölgələrə yayılıb. Çuntsində iri reklam ekranlarında, Çjençjouda isə metro stansiyalarının reklam sahələrində alimlərin portretləri yerləşdirilib. Kampaniyanın əsas mesajı cəmiyyətin diqqətini elmi nailiyyətlərə yönəltməkdir.
Çin mediasının məlumatına görə, bu təşəbbüs bir çox hallarda reklam məkanlarını könüllü şəkildə alimlərə həsr edən şirkət və ticarət mərkəzlərinin iştirakı ilə həyata keçirilir. Bu, ölkə üzrə bütün bizneslərə məşhurların reklamlarını dəyişdirmək barədə verilmiş vahid göstəriş kimi qiymətləndirilmir.
SON XƏBƏR

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев