Свернуть поиск
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
ABŞ Senatına seçilən ilk müsəlman senator, demokrat Abdul əs-Sayed Ermənistana xüsusi simpatiyası ilə tanınır.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Sayed seçkiqabağı kampaniyasında ABŞ-dakı Erməni Milli Komitəsinin (ANCA) ona dəstəyini qiymətləndirib:
“Bu mübarizədə ANCA-nın dəstəyini almaq mənim üçün böyük şərəfdir. Miçiqan erməniləri ştatımızın dəyərli bir hissəsidir. Tramp administrasiyasının Azərbaycana hərbi yardım göstərilməsinə qeyd-şərtsiz razılıq verməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Miçiqan ştatından gələcək senator kimi erməni xalqının sülhünü, ləyaqətini, təhlükəsizliyini və öz müqəddəratını təyin etmək hüququnu müdafiə edəcəyəm”.
Qeyd edək ki, müsəlman-ərəb, həmçinin fələstinlilərin türk, Azərbaycan əleyhinə çıxışları, ermənilərlə birgə hərəkət etmələri ilk dəfə deyil.
SON XƏBƏR
2 комментария
0 классов
🇦🇿 🏗️🇹🇷 SOCAR Türkiyədə ildə 850 min ton gücündə polietilen istehsalı kompleksi tikəcək
🗣️ Bu barədə SOCAR-ın baş mühəndisi Rövşən Xəlilov bildirib.
🚜 Onun sözlərinə görə, kompleksin tikintisi üçün texnologiya seçimi prosesi artıq başa çatıb.
🛢️ SOCAR Türkiyədəki törəmə şirkəti “Petkim Petrokimya Holding” ilə genişmiqyaslı investisiya planı həyata keçirir.
🤑 Ümumi dəyəri 7 milyard dollar olan Master Plan çərçivəsində yeni müəssisələrin inşası nəzərdə tutulur.
💰 Layihənin ilkin mühəndislik və layihələndirmə işlərinə 2026-cı ilin sentyabrında başlanılıb. Bu mərhələ üçün 70 milyon dollar ayrılıb.
SON XƏBƏR
3 комментария
3 класса
Memar Elçin Əliyev Cəbrayıl rayonunun Soltanlı kəndində aparılan tikinti və planlaşdırma işlərini tənqid edib
O, Prezident İlham Əliyevin kəndin tikintisinin birinci mərhələsinin açılışında iştirakından sonra “Facebook” hesabında, 165 milyon manatdan çox vəsaitin xərcləndiyi ehtimal olunan layihə ilə bağlı iradlarını bölüşüb.
Əliyevin sözlərinə görə, Soltanlı kəndinin baş planı Macarıstanın “KESZ Group” şirkəti və “BakıDövlətLayihə” layihə institutunun memarları tərəfindən birgə hazırlanıb.
Memar layihələndirmənin dəyəri barədə məlumatların ictimaiyyət üçün açıq olmadığını bildirib:
“Heyif! Belə primitiv layihəyə mən bir manat da verməzdim!”
Elçin Əliyev hesab edir ki, kəndin planlaşdırılmasında müasir yaşayış mühitinin yaradılmasına kifayət qədər diqqət yetirilməyib.
Onun sözlərinə görə, tikintinin monotonluğu, küçələrin düzbucaqlı şəbəkə üzrə qurulması, məkan müxtəlifliyinin və memarlıq ifadəliliyinin olmaması yaşayış mühitini zəiflədir.
“Xalqımıza müasir, rahat və hərtərəfli yaşayış mühiti əvəzinə, planlaşdırma quruluşu konsentrasiya düşərgəsini xatırladan kazarma tipli məskunlaşma prinsipi təklif olunur”.
Memar həmçinin sual edir ki, belə bir planlaşdırma üçün xarici şirkətin cəlb edilməsinə ehtiyac olubmu:
“Doğrudanmı, belə bir nəticə əldə etmək üçün xarici şirkəti cəlb etmək lazım idi? Məgər bu cür primitiv planlaşdırma sxemini xarici mütəxəssislərin xidmətlərinə müraciət etmədən, öz qüvvəmizlə çəkmək mümkün deyildi?”
Elçin Əliyev layihənin hazırlanmasına nə qədər dövlət vəsaiti xərcləndiyinin açıqlanmasını da istəyib.
Onun fikrincə, ictimaiyyət həm layihənin dəyərini, həm də onun həyata keçirilməsinə qərar verən şəxslərin kim olduğunu bilməyə haqqı var.
SON XƏBƏR
1 комментарий
2 класса
Израильский министр по делам поселений и национальных задач Орит Строк объявляет о начале еврейского поселения в Иерихоне, Западный берег, празднуя "покупку" восьми домов в палестинском городе
Она преподносит это как отмену Ословских соглашений и открыто заявляет, что следующей будет Газа.
Ранее группа изрвильских оккупантов захватила восемь палестинских домов на Западном берегу реки Иордан. Ворвавшись вместе со своими семьями в пустые дома они заявили, что приобрели эту недвижимость на законных основаниях.
Губернатор региона заявил, что документы о продаже поддельные, а земля принадлежит Палестинской администрации и не могла быть продана.
Из-за преследований со стороны поселенцев несколько палестинских общин уже были вынуждены покинуть свои дома.
Более 500 тысяч незаконных израильских оккупантов проживают на Западном берегу реки Иордан в поселениях, которые считаются незаконными с точки зрения международного права.
SON XƏBƏR
3 комментария
2 класса
Президент США Дональд Трамп заявил, что без американской поддержки Израиль не смог бы существовать, и потребовал от стран, которые США защищали в ходе войны с Ираном, возместить Вашингтону все расходы на конфликт:
«В конце всего этого страны, которые мы защищали, возместят нам все без исключения расходы, понесённые нами в ходе войны. Мы вернём все эти деньги. Я сказал им об этом, и они сделают это, в этом нет никаких сомнений, потому что без нас их бы не существовало. Без нас Изр*иля бы не существовало. Позвольте мне объяснить: Изр*иля бы не существовало, если бы не Дональд Трамп, потому что более года назад мы задействовали эти прекрасные бомбардировщики B-2 и нанесли удары по трём объектам».
SON XƏBƏR
1 комментарий
1 класс
Türkmənistanın bəzi bölgələrində sürücülük vəsiqəsi almaq istəyən qadınlara bu hüququ əldə etmək üçün imtahana yalnız 50 yaşına çatdıqdan sonra girə biləcəkləri deyilir. AzadlıqRadiosunun türkmən xidmətinin (Azatlıq) həmsöhbətlərinin sözlərinə görə, vəsiqəni daha tez əldə etmək üçün 10 min dollaradək rüşvət tələb olunur.
Mənbələr bildirirlər ki, sürücülük kurslarını bitirən qadınlar imtahanlara buraxılmırlar.
"40 yaşım var. Təlim keçmişəm və kursu bitirməyim barədə arayış almışam, amma sürücülük vəsiqəsi üçün imtahana buraxılmadım. Səbəbini soruşanda dedilər ki, "50 yaşınız tamam olandan sonra gəlin, onda imtahan verə bilərsiniz"", – Ahal vilayətinin sakini bildirib.
Təhlükəsizlik səbəbindən adlarının açıqlanmasını istəməyən digər qadınlar isə iddia edirlər ki, pul qarşılığında bu məhdudiyyətlərdən yan keçmək mümkündür.
"İmtahan götürən müəllim mənə dedi ki, "İstəsən, sürücülük vəsiqəsi almağına kömək edə bilərəm; 10 min dollara düzəltmək olar"", –vəsiqə ala bilməyən qadınlardan biri söyləyib.
Onun sözlərinə görə, kişilərə sürücülük vəsiqəsi almaq üçün xeyli az – 300-400 dollar ödəmək təklif olunur.
Türkmənistan qanunvericiliyində qadınların sürücülük vəsiqəsi alması üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Praktikada isə qadınlar artıq bir neçə ildir ki, sənədlərin rəsmiləşdirilməsi zamanı müxtəlif maneələrlə, o cümlədən yaş tələbləri ilə üzləşirlər.
"Azattyq Asia" yazır ki, oxşar problemlər təxminən 10 ildir davam edir. 2017-ci ildə yol polisi qadınların sürücülük vəsiqələrini müsadirə etməyə başlayıb, daha sonra isə onlara yeni vəsiqələrin verilməsindən imtina olunub.
2022-ci ildə qadınlara məhdud qaydada sürücülük vəsiqələri verilməyə başlanıb. 2023-cü ilin əvvəlindən isə qadınların sürücülük məktəblərinə qəbulu yenidən məhdudlaşdırılıb və bunun üçün azı 41 yaş tələbi qoyulub. Bundan başqa, sənəd təqdim edərkən qadınlardan xasiyyətnamə və nikah şəhadətnaməsi də istənilib.
SON XƏBƏR
2 комментария
1 класс
Azərbaycanda tikinti sahəsi 2060-cı ilədək qaz əsaslı isitmə sistemlərindən bütünlüklə əl çəkərək istilik nasoslarına tam keçidi hədəf olaraq müəyyən edib
Bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında bildirilir.
Azərbaycan hökuməti sıfır emissiya hədəfinə çatmaq üçün yaşayış və kommersiya təyinatlı binalarda enerji səmərəliliyi normalarının tətbiqinə yönəlmiş əhatəli plan işləyib hazırlayıb. 2022-ci il göstəricilərinə əsasən, ölkə üzrə ümumi emissiyaların 14 %-i binaların payına düşüb və bu rəqəm 10 milyon ton CO₂ ekvivalentinə bərabər olub.
Dekarbonizasiya prosesinin əsas aləti ənənəvi qaz isitmə avadanlıqlarından “hava-su” tipli elektrik istilik nasoslarına keçid olacaq. Strategiyada nəzərdə tutulur ki, 2060-cı ilədək ölkənin bütün binalarında istilik nasoslarının və elektrik mətbəx plitələrinin istifadə nisbəti 100 %-ə çatdırılmalıdır.
Enerji sərfiyyatının azaldılması istiqamətində həm mövcud tikililərin (o cümlədən sovet dövrünə aid yaşayış binalarının), həm də yeni inşa olunan obyektlərin genişmiqyaslı istilik izolyasiyasının həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, hər yerdə ikiqat şüşəli pəncərə sistemlərinin quraşdırılması, LED işıqlandırma texnologiyasına tam keçid, habelə yüksək enerji səmərəliliyi sinfinə malik məişət avadanlıqlarının tətbiqi nəzərdə tutulur.
SON XƏBƏR
1 комментарий
1 класс
Paşinyanın Türkiyəyə gedəcəyi tarix açıqlandı
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edəcək.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
O, Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransında (COP31) iştirak edəcək.
Qeyd edək ki, COP31 noyabrın 9-da başlayıb və ayın 20-dək davam edəcək. Konfrans çərçivəsində noyabrın 11-12-də dövlət və hökumət başçılarının sammiti keçiriləcək.
SON XƏBƏR
1 комментарий
2 класса
- Класс
загрузка
Показать ещёДополнительная колонка
О группе
Новости... - Xəbərlər...
Новости, публикуемые от имени группы, это новости скопированные из новостных сайтов. За это Администрация НЕ несет ответственность!!! - Qrup adından yerləşdirilmiş məlumatlar digər xəbər saytlarından kopyalanmış məlumatlardır. Buna görə Qrup Rəhbərliyi heç bir məsuliyyət daşımır !!!
- Баку
Показать еще
Скрыть информацию
Фото из альбомов
Ссылки на группу
Правая колонка