Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Xankəndidə hər 1000 nəfərə düşən nikahların sayı 0,9, boşanmaların sayı isə 2,7 olub. Beləliklə, boşanmaların sayı nikahların sayından üç dəfə çox olub.
Nikah və boşanma nisbətinin yüksək olduğu digər ərazilər Xocalı rayonu (89,7 faiz), Naftalan şəhəri (79,3 faiz), Nərimanov rayonu (72,7 faiz) və Xızı rayonudur (70,7 faiz).
Ən aşağı nikah-boşanma nisbəti isə Yardımlı rayonunda qeydə alınıb. Burada hər 100 nikaha cəmi 20,1 boşanma düşüb. Qobustan rayonunda bu göstərici 21,2 faiz, Cəlilabad rayonunda 25,8 faiz, Qəbələ rayonunda 29,7 faiz, Qazax rayonunda isə 30 faiz təşkil edib.
Hər 1000 nəfərə düşən nikahların sayına görə isə ən yüksək göstərici Xocavənd rayonunda qeydə alınıb. Burada göstərici 6,9 olub. Bu baxımdan Kəlbəcər rayonu 5,9, Xocalı rayonu isə 5,8 göstərici ilə seçilib. Ən aşağı nikah göstəricisi isə 2,3 ilə Abşeron rayonunda qeydə alınıb.
Boşanmaların hər 1000 nəfərə düşən sayına görə də Xocavənd rayonu ilk sıradadır. Bu rayonda göstərici 3,5 olub. Xankəndi şəhərində 2,7, Xocalı rayonunda isə 5,2 boşanma qeydə alınıb. Ən aşağı göstərici 0,9 olmaqla Yardımlı və Qobustan rayonlarında müşahidə edilib.
Nikahların mütləq sayına gəldikdə isə Bakı şəhəri 7 min 344 nikahla ilk sırada qərarlaşıb. Paytaxtda 4 min 358 boşanma qeydə alınıb. Xankəndindən sonra ən az nikah sayı isə Naftalan şəhərində (29 nikah), ən az boşanma sayı isə Ağdərə rayonunda (17 boşanma) qeydə alınıb.
SON XƏBƏR

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев