Свернуть поиск
Ehtiyacı olanda heç kim onun yanında olmayıb - Restoran sahibi
“Könül Xasıyeva pubda deyil, restoranda oxuyub”.
Bunu Xalq artisti Könül Xasıyevanın oxuduğu pubun sahibi sosial mediada sənətçini tənqid edənlərə cavab verərkən deyib.
O, gecə klubu işlətmədiyini vurğulayıb: “Biz restoran işlədirik, canlı musiqidir. Könül xanıma təşəkkür edirəm, saydı və gəldi. Gözəl konsert proqramı keçdi. Noyabrın 24-ü yenidən konsert olacaq. Biz də azərbaycanlıyıq, bu xalqın nümayəndəsiyik. Könül xanım da açıqlama yayaraq dedi ki, ehtiyacı olanda heç kim onun yanında olmayıb. Könül xanımın bizim məkana gəlməsi bizim üçün böyük şərəfdir”.
Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva Bakıda fəaliyyət göstərən pubda ifası böyük müzakirələrə yol açıb. İzləyicilər sənətçini orada oxuduğu üçün qınayıb.
SON XƏBƏR
1 комментарий
1 класс
Mediaya ayrılan pul çox azdır - Hikmət Babaoğlu
“Mediaya ayrılan pul çox azdır”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsində deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, düşüncəni, milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, televiziya yayımıdır: “Gələn il üçün mediaya ayrılan məbləğ 68 milyon 369 min manatdır. Ötən illə müqayisədə məbləğ xeyli azalıb”.
SON XƏBƏR
1 комментарий
0 классов
🗣️ 🤔 🇦🇿 Sərdar Cəlaloğlu: Əli Kərimli hər hansı cinayətdə iştirak etməyib
🧑⚖️ AXCP sədri Əli Kərimli və partiyanın sədr müavini Məmməd İbrahimin qapalı keçirilən məhkəmə prosesində 3 tanınmış şəxs şahid qismində ifadə verib.
🗣️ Proses zamanı politoloq Eldar Namazov, ADP sədri Sərdar Cəlaloğlu və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun ifadələri dinlənilib.
🤔 Məhkəmə zamanı Rauf Arifoğlu, Əli Kərimlinin əleyhinə ifadə verib. Rauf Arifoğlu deyib ki, Əli Kərimli 2010–2013-cü illərdə onunla hakimiyyətin zorla ələ keçirilməsi və dövlət çevrilişi barədə danışıb, ondan dəstək istəyib.
❓Vəkillər Rauf Arifoğlundan belə söhbətlər olubsa, niyə həmin vaxt hüquq-mühafizə orqanlarına məlumat vermədiyini soruşublar.
⚡️MeydanTV məhkəmədəki mənbəyə istinadən yazır ki, Rauf Arifoğlu əvvəlcə görüş zamanı telefonunun olmadığını, daha sonra isə belə söhbətlərin qanuna zidd olduğunu bilmədiyini deyib.
🚨Əli Kərimli Rauf Arifoğlunun ifadəsinə belə reaksiya verib: “Məhkəməyə bir ‘işverən’, ‘üzəduran’ gətirmisiz. Bu adam açıq müsahibəsində bildirmişdir ki, əlində silah məni öldürməyə hazırdır.
❌ Əli Kərimli məhkəmədə ifadə verməkdən imtina edib.
⚡️Siyasətçi Sərdar Cəlaloğlu Əli Kərimlinin zorakılığa və hakimiyyətin zorla dəyişdirilməsinə qarşı olduğunu bildirib. O, həmçinin Kərimlinin heç bir cinayətdə iştirak etmədiyini vurğulayıb.
👮Məhkəmə başlamazdan əvvəl polis binaya gedən yolları nəzarətə götürüb.
👀 Əli Kərimli və Məmməd İbrahim 2025-ci il noyabrın 29-da saxlanılıblar.
📕 Onlar Cinayət Məcəlləsinin 278.1-ci maddəsi, hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar.
❌ Hər ikisi ittihamı rədd edir.
SON XƏBƏR
3 комментария
2 класса
🌍 Dünyada hər gün 236 milyon heyvan ət istehsalı üçün kəsilir
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünyada hər gün ət istehsalı məqsədilə təxminən 236 milyon heyvan kəsilir.
▪️ İri buynuzlu mal-qara – 835 min
▪️ Keçi – 1,54 milyon
▪️ Qoyun – 1,93 milyon
▪️ Donuz – 4,1 milyon
▪️ Ördək – 11,6 milyon
▪️ Toyuq – 215 milyon
SON XƏBƏR
6 комментариев
8 классов
Tovuzda şəkərli diabetdən əziyyət çəkən xəstələrə dövlət tərəfindən verilən dərmanları almaq çətinləşib
Bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasına üz tutan xəstələr və onların yaxınları bildiriblər.
Bir çox vətəndaş növbə sıxlığından şikayətçi olub və aidiyyəti qurumlardan çarə istəyib.
Qeyd edək ki, növbədə gözləməli olan şəkər xəstələri saatlarla qaldıqları xəstəxana dəhlizlərində oturmağa belə yetərli yerin olmadığını deyiblər.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
SON XƏBƏR
1 комментарий
4 класса
Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 6 milyon 735 min 66 baş qoyun və keçi olub
Ötən ilin eyni dövrü ilə müqayisədə qoyun və keçilərin sayı 28 min 616 baş və ya 0,4 faiz azalıb.
Qeyd edək ki, qoyun və keçilərin sayında ən böyük artım Qax rayonunda qeydə alınıb. Belə ki, rayonda xırdabuynuzluların sayı ötən illə müqayisədə 22 min 385 baş və ya 40 faiz artaraq 78 min 305 başa çatıb.
Artım göstəricisinə görə Qax rayonundan sonra Şuşa rayonu gəlir. Burada qoyun və keçilərin sayı 5 min 531 baş və ya 25 faiz artaraq 27 min 618 baş olub.
Bunlardan başqa, Ağdərə rayonunda 3 min 44 baş (18,9 faiz), Şərur rayonunda 12 min 176 baş (14,6 faiz), Daşkəsən rayonunda 9 min 934 baş (12,1 faiz), Sədərək rayonunda isə 861 baş (7 faiz) artım qeydə alınıb.
Qoyun və keçilərin sayında ən böyük azalma isə Lerik rayonunda qeydə alınıb. Belə ki, rayonda onların sayı 15 min 662 baş və ya 18,9 faiz azalaraq 67 min 51 başa düşüb.
Şahbuz rayonunda qoyun və keçilərin sayı 5 min 995 baş (17,7 faiz), Ordubad rayonunda 5 min 546 baş (14,6 faiz), Şirvan şəhərində 5 min 749 baş (58,9 faiz), Şamaxı rayonunda isə 7 min 856 baş (8,4 faiz) azalıb.
Faiz ifadəsində ən böyük azalma Şirvan şəhərində qeydə alınıb. Burada qoyun və keçilərin sayı bir il ərzində 9 min 760 başdan 4 min 11 başa enib. Beləliklə, azalma 58,9 faiz təşkil edib.
SON XƏBƏR
1 комментарий
2 класса
💸 Şirinləşdirilmiş mineral və qazlı içkilərə yeni vergi gəlir
✍️ Azərbaycanda şirinləşdirilmiş mineral su və qazlı içkilər aksizli mallar siyahısına daxil ediləcək.
🏢 Bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
🔻 Dəyişikliyə görə, bu içkilərin hər litrinə görə 10 qəpik aksiz vergisi tətbiq ediləcək.
🧐 Siz bu barədə nə düşünürsünüz?
SON XƏBƏR
2 комментария
4 класса
🤡 Pensiya yaşı artırılsın?
🇦🇿 Maliyyə naziri Sahil Babayevin qeyri-rəsmi geyimdə fotosu yayılıb.
👗 Onun geyimində diqqət çəkən məqam dəri gödəkcənin qiyməti olub.
🇮🇹 Söhbət İtaliyanın lüks geyim markası “Brunello Cucinelli”nin (Dark Brown Double-Sided Leather Vest) modelindən gedir. Gödəkcə Beymen mağazasının saytında 377 950 türk lirəsinə, yəni təxminən 12 700 manata satışa çıxarılıb.
😤 Sahil Babayev maliyyə naziri təyin olunmazdan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.
🪧 Onun həmin dövrdəki fəaliyyəti, xüsusilə pensiya və sosial təminat məsələləri ictimaiyyət arasında tez-tez tənqid mövzusu olub.
🤔 Sizcə, Sahil Babayevin maaşı nə qədərdir?
SON XƏBƏR
1 комментарий
6 классов
🇦🇿 İkinci Qarabağ müharibəsi iştirakçısı olan zabit Ramin Ağabəyovun pensiyasının dayandırılıb
🪖 O, müharibə zamanı Murovdağ istiqamətində gedən ağır döyüşlərdə başından və sol ayağından odlu silah yarası alıb.
🎖️ Qazi 2021-ci ilin avqustuna qədər müxtəlif xəstəxanalarda müalicə aldıqdan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən xidmətə yararsız hesab edilib.
🚑 Hərbçiyə “kəllədaxili travmaların nəticələri, odlu silah yaralanması nəticəsində keçirilmiş qapalı KBT, posttravmatik ensefalopatiya və postkontuzion sindrom” diaqnozları ilə 5 il müddətinə II dərəcəli əlillik təyin olunub.
❌ Lakin qazi bildirir ki, bu ilin avqust ayında 5 illik əlillik müddəti bitdikdən sonra pensiyası dayandırlıb:
“5 il əvvəl eyni diaqnozlarla mənə II qrup əlillik təyin olundu, amma bu gün deyirlər ki, əlillik düşmür. Ehtiyatda olan zabit kimi Dövlət Gömrük Komitəsinin və Hərbi Komissarlığın Qusar rayon şöbələrinə işə qəbulla bağlı müraciət etdim. Hər ikisindən mənə mənfi cavab gəldi. Əgər həkimlərin dediyi kimi heç bir travmam yoxdursa, niyə belə cavab oldu? İtirilmiş sağlamlığım, məhv olmuş karyeram... Əvvəllər 1457 manat əmək pensiyası və II qrup əlilliyə görə 500 manat müavinət alırdım. İndi isə hər ikisi kəsilib. Ailə başçısı, bir uşaq atası olaraq 80 manat müavinətlə mənə deyirlər ki, get dolan. Mən sağlamlıq şəraiti ilə, müharibə əlili kimi işimdən olmuş zabitəm. Pensiyam nəyə görə kəsilməlidir?”
SON XƏBƏR
0 комментариев
1 класс
Dünyada müsəlmanların sayı yaxın 9 il ərzində xristianların sayını üstələyə bilər
Bu barədə “New York Post” (NYP) nəşri “Pew Research Center”in (Pew Araşdırma Mərkəzi) yeni tədqiqatına istinadən məlumat yayıb.
Araşdırmaya görə, mövcud demoqrafik tendensiyalar davam edərsə, 2035-ci ildə dünyadakı müsəlmanların sayı təxminən 2,57 milyarda, xristianların sayı isə 2,52 milyarda çatacaq.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə dünyada 2,27 milyard xristian və 2,02 milyard müsəlman yaşayıb. Beləliklə, hazırda say baxımından üstünlük xristianlarda olsa da, proqnozlar yaxın illərdə bu nisbətin dəyişəcəyini göstərir.
Tədqiqatçıların hesablamalarına görə, 2070-ci ilə qədər müsəlmanların sayı 3,6 milyarda çatacaq. Bu, dünya əhalisinin təxminən 36 faizini təşkil edəcək. Xristianların sayının isə həmin dövrdə 3 milyarda yaxınlaşacağı, lakin dünya əhalisindəki payının 29 faiz civarında qalacağı gözlənilir.
Müsəlmanların sayı niyə daha sürətlə artır?
Araşdırmada müsəlman əhalisinin daha sürətlə artmasının əsas səbəbləri kimi yüksək doğum səviyyəsi və əhalinin yaş strukturunun daha gənc olması göstərilir.
Belə ki, 2020-2025-ci illərdə müsəlman qadınların hər birinə orta hesabla 3,1 uşaq düşüb. Xristian qadınlarda bu göstərici 2,5, digər dinlərə mənsub olan və ya heç bir dinə etiqad etməyən qadınlarda isə 1,6 olub.
Bundan başqa, 2020-ci ildə dünya müsəlmanlarının təxminən üçdə birinin yaşı 15-dən aşağı olub. Bu uşaqların yaxın illərdə reproduktiv yaşa çatması müsəlman əhalisinin artımını daha da sürətləndirə bilər.
Araşdırma müəllifləri vurğulayırlar ki, dinlərin tərəfdarlarının sayındakı dəyişiklikdə əsas rol insanların bir dindən digərinə keçməsi deyil, demoqrafik amillər oynayacaq.
Belə ki, 2020-2070-ci illərdə doğumların ölüm hallarını üstələməsi nəticəsində müsəlmanların sayının təxminən 1,6 milyard, xristianların sayının isə 792 milyon artacağı proqnozlaşdırılır.
SON XƏBƏR
2 комментария
6 классов
загрузка
Показать ещёДополнительная колонка
О группе
Новости... - Xəbərlər...
Новости, публикуемые от имени группы, это новости скопированные из новостных сайтов. За это Администрация НЕ несет ответственность!!! - Qrup adından yerləşdirilmiş məlumatlar digər xəbər saytlarından kopyalanmış məlumatlardır. Buna görə Qrup Rəhbərliyi heç bir məsuliyyət daşımır !!!
- Баку
Показать еще
Скрыть информацию
Фото из альбомов
Ссылки на группу
Правая колонка