Sənədli film-konserti rejissor Vladimir Yeremeyev tərəfindən 1941-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-konsertdə əməkdar incəsənət xadimi Q.Salahovun rəhbərliyi altında Azərbaycan Rəqs və Nəğmə Ansamblının ifasında beş ən yaxşı xalq rəqsi göstərilir.