İyun ayının 7-si tarixində iki nəfər Azərbaycan vətəndaşı Ermənistan sərhəddini yararaq tarixi, əzəli torpaqlarımız olan Qarakilsə (Sisyan) rayonuna keçiblər. Mahir və Fazil adlı iki soydaşımız sözügedən rayonun Murxuz kəndi ərazisində yerləşən "Qirxlar" pirinə gedərək o müqəddəs yeri ziyarət ediblər. Həyatlarını böyük riskə ataraq düşmən nəzarəti altında olan torpaqlarımızı ziyarət edib, eyni zamanda ərazidən çəkiliş apararaq bu videonu bizlərə təqdim edən Mahir və Fazil bəyə QƏRBİ AZƏRBAYCANLILAR (YERAZLAR) Qrupu Adından Minnətdarlığımızı Bildiririk!