2 aprel 2016-cı il. Cəbrayıldakı 271 metrlik təpədən düşmən 22 il Horadizi və Füzulini atəş altında saxlayırdı. Bir gecədə hər şey dəyişdi: səhər saat 05:45-də təpədə Azərbaycan bayrağı dalğalandı. Bayrağı əsgər Asim Əliyev özü ilə gətirmişdi. Beş gün sonra Cocuq Mərcanlı sakinləri 23 ildən sonra ilk dəfə öz kəndlərinə ayaq basdı.