Bu bayraq 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmişdi. Parlamentin açılışında Məhəmməd Əmin Rəsulzadə demişdi: «Bir kərə yüksələn bayraq, bir daha enməz!» 1920-ci ildə Qızıl Ordu bayrağı zorla endirdi və qadağan etdi, amma bu bayraq xalqın qəlbindən enmədi. Məhəmməd Əmin Rəsulzadə mühacirətdə bayrağın bir nüsxəsini hazırladı, dostu Gülmirzə Bağırov onu gizlicə Azərbaycana gətirdi. Bu bayraq bu gün Milli Tarix Muzeyində saxlanılır.