Məlumat verərək bildirirəm ki, mənim mərhum oğlum 1994-cü il təvəllüdlü, Alıyev Orxan Şirazi oğlu Naftalan şəhərinin ərazisində yerləşən 157 saylı hərbi hissədə xidmətinin 12-ci ayında yəni, 2013-cü ilin dekabrın 10-dan 11-nə keçən gecə saat 00:30 - da müəmmalı şəkildə qətlə yetirilmişdir. Orxan Alıyevin öldürülməsi ilə bağlı ailəsi bütün instansiyalara müraciət edilib. Ailənin sözlərinə görə əlimizdə bir çox faktlar olduğu halda hərbi prokurorluq oğlumun cinayətini ört bastır edir .