Свернуть поиск
Дополнительная колонка
Правая колонка
Qazandığım halal malı,
Şükür edib düz yeyirəm .
Əyri gələn özgə malı,
Yox demişəm istəmirəm !
İslam yolunu seçmişəm,
O yol ilə mən gedirəm.
Bu dünyaya saf gəlmişəm
Çirkəf köçmək istəmirəm .
Sifətinə masqa geyib,
Kələk gəlib ,haram yeyib…
Böhtan atıb , yalan deyib,
Hakka girmək istəmirəm.
Altı şərtə edən iman ,
Gözəl qardaşım müsəlman.
Aramızda olsun aman ,
Nifrət ,qəzab istəmirəm.
Dünya bizim tarlamızdır,
Savab əksəm mənə bardır.
Bəlkə məqam son məqamdır,
Müflis getmək istəmirəm.
Natiq Dərviş

Присоединяйтесь — мы покажем вам много интересного
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев